AZ

ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

Image

İlyas Hüseynov: “Dünyanın iqlimə zərər vuran 5 ölkəsinin siyahısına baxsaq, 1-ci yerdə Çin, 2-ci yerdə ABŞ-dır”

“Care about Climate” təşkilatının baş direktoru Heyli Kembel “Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb edilməsi: İrəliləyişlər və nailiyyətlər üzrə inventarlaşdırma” mövzusunda COP29-un panel müzakirəsində çıxışı zamanı bir sıra məsələlərə toxunub və bildirib ki, gəncləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) cəlb etmək olduqca zəruridir, çünki onlar böyük potensiala malikdirlər.

Heyli Kembel həmçinin çıxışında ABŞ və Çini ittiham edib:“Bundan əlavə, hesabatımızda göstərilir ki, bəzi ölkələrin, o cümlədən Çin və ABŞ-ın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir”.

ABŞ və Çin COP 29-da əsaslı ittiham olundular...

ABŞ və Çin niyə by yolu tuturlar?

“Çin və ABŞ burada məsuliyyətdən boyun qaçırmağı üstün hesab edirlər”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, COP29 böyük uğurla keçirilir və artıq sona çatmaq üzrədir. “Eləcə də qeyd etmək lazımdır ki, burada mühüm danışıqlar getdi və dövlətlər özləri haqqında daha böyük məlumatlar ötürmək şansını əldə etdilər. Həmçinin xüsusilə vurğulamaq lazımdır ki, iqlim dəyişiklikləri, qlobal istiləşmə, ekologiyaya, atmosferə atılan çirkli qazların həcminin azaldılması yönündə çox səmərəli, məhsuldar təqdimatlar, görüşlər, danışıqlar, hesab edirəm ki, öz nəticəsini verəcəkdir. Hazırda ən böyük müzakirə mövzusu iqilim maliyyələşməsi ilə bağlıdır. Burada ziddiyyətlər var, fikirlər üst-üstə düşmür. Bir sıra fikir ayrılıqları uzun müddətdir ki, davam edir. Bakının əsas istəyi konstruktiv danışıqlar məkanını, platformasını formalaşdırmaqdan ibarətdir. Bizim niyyətimiz iqlim maliyyələşməsi ilə bağlı şəffaflığın artırılması, burada səylərin birləşdirilməsidir. Dünyanın iqlimə zərər vuran 5 ölkəsinin siyahısına baxsaq, orda 1-ci yerdə Çin, 2-ci yerdə ABŞ-dır (insan sayına görə birinci yerdə olan ABŞ-dır-İ.H). Siyahıda 3-cü yerdə Hindistan, 4-cü yerdə Rusiya Federasiyası, 5-ci yerdə isə Yaponiyadır. Siyahıdan da göründüyü kimi, 1-ci və 2-ci yerləri bölüşən Çin və ABŞ burada məsuliyyətdən boyun qaçırmağı üstün hesab edirlər. Hətta Donald Tramp inauqurasiyadan sonra Paris iqlim sazişindən çıxmağı düşünür. Bu barədə ilkin fikirlər söylənilmişdi və bütün bunlar onu deməyə əsas verir ki, məsuliyyətdən boyun qaçırmaqla yanaşı bəzi ölkələr bu işə o qədər də isti yanaşmırlar”.

İ.Hüseynovun fikrincə, bizim üçün mühüm olan yalnız bu tədbirin keçirilməsi və ölkəmiz haqqında müsbət təəssüratların formalaşdırılması, ölkəmizin siyasi nüfuzunun və imicinin, çəkisinin artırılmasıdır. “Birmənalı şəkildə qeyd etmək etmək istəyirəm ki, Azərbaycan bu böyük işin öhdəsindən gəldi. İştirak etdityim ən böyük tədbir məhz Bakıda olmuşdu, eyni anda 75 mindən artıq insanın Azərbaycana gəlməsi mühüm tarixi hadisədir. Təhlükəsizlikdən tutmuş mühüm müzakirələrin keçirildiyi pavliyonların müasirliyinə və danışıqlar üçün ən müasir texnologiyaların ziyarətçilərin ixtiyarına verilməsinə qədər həddindən artıq böyük qiymətə layiqdir. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, hər kəs Azərbaycana xoş gəldi və burada çox səmərəli danışıqlarda iştirak etdi.

Lakin iqlim maliyyələşməsi bir qədər siyasi, geopolitik mövzu kimi görünməkdədir. Ümid edirəm ki, bu məsələ də tezliklə öz həllini tapacaqdır” - deyə İ.Hüseynov bildirdi. 

İradə SARIYEVA





Seçilən
31
baki-xeber.com

1Mənbələr