UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Avropa ölkələrinin liqalarında yaranmış fasilə bu gün başa çatır.
QOL.az xəbər verir ki, bu gün Almaniya 2-ci liqasında da oyunlar bərpa olunacaq.
13-cü turun qarşılaşmasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Nürnberq" səfərdə 1-ci bundesliqaya vəsiqə uğrunda yarışan "Paderborn"la qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
M.Emreli əsas heyətdə yer alıb.
12 oyundan sonra "Paderborn" lider "Hannover 96"dan 1 xal geri qalmaqla 2-ci yeri tutur (21 xalla). "Nürnberq" isı 12 oyundan 18 xalla 8-ci pillədədir.
***
"Bild" qəzetinin yazdığına görə, Mahir Emrelinin millinin düşərgəsindən zədəsiz qayıdıb. Bu səbəbdən onun bugünkü matçda start heyətdə olacağı gözlənilir. Baş məşqçi Miroslav Kloze isə ümid etdiyini bildirib ki, Emreli oyuna qədər hazır olacaq. O, həmçinin inandığını ifadə edib ki, Emreli Azərbaycan millisinin düşərgəsində olarkən yaxşı hazırlıq keçib.
Qeyd edək ki, M.Emreli bu mövsüm "Nürnberq"lə bütün turnirlərdə meydana çıxdığı 8 oyunda 4 qol vurub (3-nü 2-ci bundeliqada, 1-ni Almaniya kubokunda).
Əlavə edək ki, "Nürnberq"in matç üçün sosial şəbəkələrdə yaydığı posterdə M.Emreli qeyd olunub.