AZ

Volodin: “Qərbin yaşlı elitası vəziyyəti məqsədli şəkildə gərginləşdirir” – ÖZƏL

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin hazırkı geosiyasi vəziyyəti şərh edərək bildirib ki, Qərbin yaşlı elitası - ABŞ Prezidenti Co Bayden, Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell və digər siyasətçilər - Rusiya ilə münasibətləri və Ukraynadakı münaqişəni qəsdən daha da gərginləşdirmək niyyətindədirlər. 

Olaylar.az xəbər verir ki, onun fikrincə, bu addımlar onların qlobal hegemoniyanın qalıqlarını qorumaq cəhdlərindən başqa bir şey deyil.

Volodin daha əvvəl, noyabrın 18-də ABŞ-ın qərb raketləri ilə Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verməsini şərh edib. Dövlət Dumasının spikeri bu qərarın yalnız Ukraynanın onsuz da ağır olan taleyini daha da çətinləşdirəcəyini vurğulayıb.

Volodin bildirib ki, Qərbin bu cür yanaşması, artıq zəifləməkdə olan beynəlxalq mövqelərini gücləndirmək üçün faydasız cəhdlərdən ibarətdir. Bu isə regionda onsuz da mürəkkəb olan vəziyyətin daha da pisləşməsinə səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr