ABŞ-da Manhetten məhkəməsi maliyyə sənədlərini saxtalaşdırmaq və porno ulduza ödəniş etməkdə ittiham olunmuş Trampın cəzasını təxirə salıb.
Azpost.info CNN-ə istinadən bildirir ki, hakim vəkillərə etiraz və işə xitam vəsatəti qaldırmaq üçün dekabrın 2-dək vaxt verib.
Prokurorluq bir həftə ərzində cavab verməlidir.
Tərəflərin müraciətlərinə baxıldıqdan sonra prezidentin toxunulmazlığı ilə bağlı qərar veriləcək.