“Kəpəz” Azərbaycan Premyer Liqasının 14-cü turunda öz meydanında “Araz-Naxçıvan” 0:2 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik.
– Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiz?
– Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik.