AZ

Orban: “Ukraynada münaqişə özünün ən qaranlıq anına çatıb”

Hazırda dünya Ukraynadakı münaqişəyə görə özünün ən narahat dövrünü yaşayır, lakin ABŞ-ın Respublikaçılar Partiyasından seçilmiş prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasimi ilə əlaqədar onun həllinə ümid qalır.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

“İndi ən qaranlıq saatdır, lakin həmişə səhərə qədər ən qaranlıqdır”, – deyə o vurğulayıb.

O xatırladıb ki, Tramp Ukraynada sülh yolu ilə həll yolu axtarmağa hazır olduğunu bildirib.

“ABŞ Ukraynanı tərk edərsə, Avropa ölkələri təkbaşına ona dəstək verə bilməyəcəklər”, – Macarıstan hökumətinin başçısı deyib.

Onun fikrincə, ABŞ siyasətində gözlənilən dəyişiklik Avropanın Ukrayna münaqişəsinə yanaşmasına təsir edəcək. Nümunə kimi Macarıstanın baş naziri Almaniyada Ukraynaya raket silahı tədarükünün mümkünlüyü ilə bağlı davam edən müzakirələri göstərib.

Seçilən
0
1
nocomment.az

2Mənbələr