AZ

"Vitta Elmi-Texniki" şirkəti cərimələnə bilər

Mərkəzi Bank "Vitta Elmi-Texniki" MMC barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Vüsal Tağıyev iş üzrə hakim təyin edilib. 

1991-ci ildə yaradılan "Vitta Elmi-Texniki" MMC  ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalını həyata keçirən şirkətdir. 

Şirkətin sahibi və baş direktoru Kamil Quliyevdir. 

Hüseyn

Seçilən
29
valyuta.az

1Mənbələr