AZ

Sevdiyi rəqəmləri seçdi, lotereyada 180 min qazandı

ABŞ-də bir qadın lotereyadan 180 min dollar udub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “UPI” nəşri yazıb.

Belə ki, Vaşinqton sakini 18 lotereya bileti alaraq 180 min dollar qazanıb.

Qadın lotereyanı aldıqda sevdiyi, onun üçün xüsusi məna kəsb edən rəqəmlərin birləşməsini seçdiyini bildirib - doğum günü və həyatında ikinci şansı əldə etdiyi an.

Qalib gələcəklə bağlı planlarını bölüşərək, uduşunu həm ABŞ, həm də Filippindəki yaxın qohumları ilə bölüşmək niyyətində olduğunu deyib.

Seçilən
12
2
qafqazinfo.az

3Mənbələr