AZ

BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

Image

Elşad Həsənov: "Hazırda dunyada beynəlxalq qanunların gücü deyil, "gücün qanunu" işləyir"

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantı Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edərək həbs olunmalarına order verib.

Məhkəmənin qərarında deyilir ki, Netanyahu və Qalant “Qəzza zolağındakı müharibədə insanlığa qarşı cinayət törətdiklərinə görə” həbs edilməlidir.

Beynəlxalq Cinayət Məhkəməsi öz qərarında İsrail hökumətinin bu məhkəmənin fələstinlilərin şikayətləri ilə bağlı işlərə baxma səlahiyyətinə dair etirazlarını rədd edib. 

Məhkəmənin bəyanatına görə, onun Birinci Hazırlıq Şöbəsi həbs qərarı verilməsi tələbini təsdiqləyib və İsrailin etirazlarını qəbuledilməz hesab edib.

Sentyabr ayında İsrail hökuməti Cinayət Məhkəməsi prokurorunun Netanyahu və Qallanta qarşı həbs qərarı çıxarmaq tələbinə rəsmi etiraz edib. Bu ölkə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fələstinlilərin şikayətlərinə baxma səlahiyyətinin olmadığını (Fələstin rəsmi dövlət olmadığına görə) və belə bir hərəkətin qanunsuz olduğunu iddia edir.

İsraili tənqid edənlər bu qərarı fələstinlilər üçün ədalətə doğru atılan mühüm addım, İsrail tərəfdarları isə qərəzli və siyasi qərar kimi qiymətləndiriblər.

Bu qərarın İsrailə və onun vəzifəli şəxslərinə nə kimi təsiri ola bilər? Bu qərar hansı effekti verə bilər? Çünki belə bir qərar Putin haqqında da verilib, amma hələ o, dünyaya meydan oxuyur - dünyani nüvə silahi ilə təhdid edir.

Sualımıza cavabında təhlükəsizlik üzrə ekspert Elşad Həsənov bildirdi ki, Hollandyanın Haaqa şəhərində yerləşən BCM dövlətlərarası beynəlxalq tribunaldır: "Bu qurum beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir. BCM sözügedən şəxsləri Qəzzada törətdikləri insanlığa qarşı cinayətə gorə məsuliyyətə cəlb edib və onların həbsinə order verib. Həmin məhkəmə HƏMAS-ın hərbi rəhbəri Məhəmməd Diab İbrahim əl-Məsri (Məhəmməd Deyf) barəsində də həbs qərarı çıxarıb.

Onu da qeyd etmək lazımdır ki, BCM-nin qərarlarını icra edəcək bir orqan yoxdur. Sadəcə Roma Statutuna qoşulan ölkələrə rəsmi öhdəlik verilir ki, imkanları yarandığı təqdirdə BCM-nin qərarını icra etsinlər. Lakin dövlətlər öz mənafeyini bu qərarın icrasından üstün tutur, haqqında müvafiq qərar qəbul edilən səxslərin öz ölkələrinə səfərlərini təşkil edir və bu zaman BCM-nin qərarını icra etmir. Məsələn, bir ildən çoxdur ki, Putin haqqında belə bir qərar qəbul edilib, amma o, Roma konvensiyasını qəbul edən ölkələrə səfərlər edir, lakin həbs olunmur. Təcrübi olaraq bu orderlər kağız üzərində qalan bir səbədlərdir.

Ümumiyyətlə, hazırda dunyada beynəlxalq qanunların gücü deyil, "gücün qanunu" işləyir. Dünyada "kim güclüdür, o, haqlıdır" prinsipi hakimdir. O mənada hesab edirəm ki, Netanyahuya və kecmis müdafi naziri Qallanta bu qərarın heç bir təsiri olmayacaq. Bu gün İsrail böyük dövlətlərin, beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların tələb və çağırışlarına baxmayaraq yenə Qəzzada genişmiqyaslı qırğınlar törətməkdə, insanlığa qarşı cinayətləri törətməkdə davam edir. Təl-Əviv Livana hər gün hava hücumları təşkil edir, orada günahsız dinc əhaliyə qarşı qırğınlar törədir. Ona görə də hesab edirəm ki, bu orderin bu şəxslərə elə bir ciddi təsiri olmayacaq. Bu şəxslər sadəcə olaraq onların təhlükəsizliyinə zəmanət verməyən ölkələrə səfər etməyəcəklər. Çünki Putin nümunəsi ortadadir, onu həbs edə bilmirlər. Əksinə, Putin haqqında qərar verən hakim Tomoko Akane haqqında Rusiya məhkəməsi qiyabi həbs qərarı çıxardı. Bundan sonra digər ölkələrin vəzifəli şəxsləri barədə analoji order verilərsə, onlar da kağız üzərində qalacaq. Bu qərar o vaxt icra edilə bilər ki, İsrail dağılsın və bu vəzifəli şəxslər əsir düşsün. Bu da real gorünmür".

Dəniz NƏSİRLİ





Seçilən
10
baki-xeber.com

1Mənbələr