Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər Qaçış Klubu"nun birgə təşkilatçılığı ilə "Prezident Kuboku" uğrunda tam məsafəyə marafon qaçış yarışı keçiriləcək.
Bizim.Media xəbər verir ki, yarış 21-22 dekabr tarixlərində ölkəmizdə 2024-cü ilin "İdman Paytaxtı" olan Qubada baş tutacaq.
Bu münasibətlə təşkilatçıların birgə iclası keçirilib. AAF-ın baş katibi Məhərrəm Sultanzadə qaçış marşrutunun şəhərin mərkəzi küçələrindən keçməsinin sakinlərə və şəhərin qonaqlarına gərgin idman mübarizəsinin şahidi olmaq imkanı yaradacağını və bununla da bu növə olan marağın daha da artacağına inandığını bildirib.
"Zəfər Qaçış Klubu"nun direktoru Elşən Quliyev qaçış məsafəsinin 42 195 metr olacağını və müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanda ilk dəfə keçiriləcək tam məsafəyə marafon yarışı olacağını qeyd edib.
Toplantıda həmçinin AAF-ın beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov, qaçış komitəsinin sədri Namiq Əsədov və digər iştirakçılar yarışın təşkili ilə bağlı məsələləri müzakirə ediblər.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta