AZ

"Liverpul"u İstanbul nəhənginə dəyişə bilər

"Liverpul"un qapıçısı Alisson Bekker cari mövsüm başa çatdıqdan sonra klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu gələn yay 32 yaşlı qolkiperi heyətinə qatmaq niyyətindədir. İstanbul nəhəngi artıq braziliyalı oyunçunun agenti ilə ilkin danışıqlar da aparıb.

Xatırladaq ki, braziliyalı 2018-ci ildən "Liverpul"da çıxış edir. Bu mövsüm bütün yarışlarda səkkiz oyunda iştirak edib, bu oyunda üç qol buraxıb və beş dəfə qapısını toxunulmaz saxlayıb. Alissonun "Liverpul"la hazırkı əmək müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 28 milyon avrodur.

Seçilən
14
90deqiqe.az

1Mənbələr