Dünyanın dördüncü ən kiçik ölkəsi olan və “gizli cənnət” kimi tanınan Tuvalu yox olmaq təhlükəsi ilə üz-üzədir.
Ölkə.az Teleqraf.com-a istinadla xəbər verir ki, Tuvalu iqlim dəyişikliyi səbəbindən illər ərzində tamamilə yox ola bilər.
Ölkənin dəniz səviyyəsindən cəmi 5 metr hündürlükdə olduğu açıqlanıb.
Havanın temperaturu 1 dərəcə artarsa, ölkə su altında qalmaq təhlükəsi ilə qarşılaşacaq.