AZ

“Gürcüstan Dəmir Yolu”nun mənfəəti 2 faiz artıb

Cari ilin doqquz ayında “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin (GDY) mənfəəti 490,5 milyon lari təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2 faiz çoxdur. Şirkətin xalis mənfəəti isə 26 faiz azalaraq 75,4 milyon lari təşkil edib.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Məlumata görə, şirkətin mənfəətinin azalması milli valyutanın dəyər itirməsi ilə əlaqədardır. Belə ki, məzənnə fərqindən şirkət 17 milyon lari itirib.

GDY-nin gəlir mənbələri əsasən yük daşımaları, logistika xidmətləri, yüklərin idarə edilməsi, sərnişin daşımaları, transsərhəd vaqon xidmətlərinə görə haqlar, vaqon icarəsi və s. hesabına formalaşıb. Bildirilir ki, şirkətin yük dövriyyəsi 2 milyon 988 min ton təşkil edib ki, bu da 2023-cü ilin doqquz ayı ilə müqayisədə 3,5 faiz çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında sərnişin dövriyyəsi 8,9 faiz azalaraq 489 milyon təşkil edib.

“Gürcüstan Dəmir Yolu” SC dövlət şirkəti hazırda həm dəmir yolu relslərinin, həm də bütün qatarların sahibidir. O, əsasən şərqdə Xəzər dənizi və Mərkəzi Asiyadan qərbdə Qara dənizə müxtəlif yükdaşıma xidmətləri göstərir. GDY həm də daxili və beynəlxalq sərnişin daşımalarını təmin edir.

Gürcüstan ərazisindən tranzit marşrutlarının inkişafı bu sahəyə böyük investisiyalar yatıran Gürcüstan hökumətinin ən mühüm prioritetlərindən biridir. Bu baxımdan, bütün ölkə ərazisində qurulan əsas infrastruktur yeni İpək Yolunun tərkib hissəsidir. Bura Şərq-Qərb avtomobil yolu, dəmir yolunun modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Anaklia dərin dəniz limanı layihəsi daxildir.

Seçilən
10
avtosfer.az

1Mənbələr