Moskva nüvə silahından istifadəyə “son çarə” kimi baxır.
Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O vurğulayıb ki, Rusiya hakimiyyəti dəli deyil və heç kim belə silahlardan istifadə etmək istəmir.
Medvedev NATO-nun Ukrayna münaqişəsində tam iştirak etdiyini, lakin NATO “münaqişəni qızışdırmağı dayandırarsa” hərbi əməliyyatların dayandırıla biləcəyini vurğulayıb.