AZ

“Ərim mənə bacı deyirdi” - məşhur aktrisa - FOTO

Türkiyənin məşhur aktrisası Perihan Savaş qatıldığı bir proqramda 1995-ci ildə dünyasını dəyişən həyat yoldaşı Yılmaz Zəfəri yad edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, aktrisa Perihan Savaş 1987-ci ildə həmkarı Yılmaz Zəfərlə ailə qurub və cütlüyün bu evlilikdən bir oğlu olub. Yılmaz Zəfər 1999-ci ildə bir il sürən beyin iflici xəstəliyindən sonra vəfat edib.

"Öncə infarkt, sonra beyin iflici keçirdi. Heç kimi xatırlamırdı. Ona qulluq edirdim. Mənə "abla" deyə müraciət edirdi, kim olduğumu unutmuşdu. İl yarım bu halda yaşadı, sonra vəfat etdi", - Perihan bildirib.

Qeyd edək ki, Perihan Savaşın ilk evliliyi müğənni İbrahim Tatlısəslə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
50
milli.az

10Mənbələr