1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunu İstanbul klubuna transfer etmək təklifini irəli sürüb.
Oxu.Az "Fotomatç"a istinadən xəbər verir ki, Mourinyo artıq "Fənərbağça"nın idman direktoru Mario Brankodan mümkün transferi müzakirə etmək üçün Ronaldunun agenti ilə əlaqə saxlamağı xahiş edib.
Portuqaliyalı forvardın "Ən-Nəsr"lə müqavilə müddəti cari mövsümün sonuna qədərdir. Bundan sonra isə portuqaliyalı müqaviləni uzatmasa, azad agent ola bilər.
Mourinyonun rəhbərliyi altında Kriştianu Ronaldu 2010-2013-cü illərdə "Real Madrid"də çıxış edib.