“İnter Mayami” rəsmi saytında argentinalı mütəxəssis Xerardo Martinonun komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, onun şəxsi səbəblərə görə istefaya getdiyi bildirilir.
“Belə bir xüsusi klubda işləmək və belə bir xüsusi komandaya rəhbərlik etmək şərəfdir. “İnter Mayami”də keçirdiyim vaxtdan həzz aldım və burada qurduğum xatirələri və münasibətləri ömrümün sonuna qədər yaşadacağam. Mənə göstərilən etimada görə dərin minnətdarlığımı bildirirəm və bunu mümkün edən hər kəsə səmimi qəlbdən təşəkkür etmək istəyirəm”, – Martino deyib.
Martino 2023-cü ilin iyununda “İnter Mayami”yə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda Liqa Kubokunu qazanıb.