AZ

Berbok Bakıya gəldi və ərindən ayrıldı


Almaniya xarici işlər naziri Annalena Berbok və əri Daniel Holeflyaş 17 illik evliliklərinə son qoyublar.

News24.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Berlində onların ayrılması ilə bağlı çoxdandır ki, söz-söhbətlər gəzirdi. Artıq XİN rəhbəri Annalena Berbok və əri Daniel Holeflyaş təsdiqləyir. 17 ildən sonra onların evlilikləri bitdi”, - deyə bildirilib.

Cütlük yeni münasibətə girmədiklərini və 9 və 13 yaşlı iki qızlarının xatirinə Potsdamda birlikdə yaşamağa davam etdiklərini qeyd ediblər.

Nəşr onu da qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçirilən Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən Berbokun barmağında nikah üzüyü olmayıb.//axar


Seçilən
7
1
news24.az

10Mənbələr