Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynamünaqişəsinin həllinə nail ola bilər.
Trend-inməlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müaviniDmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.
“Tramp praqmatik insandır”, - deyə Medvedev əlavə edib.
Eyni zamanda o, Moskvanın nə Trampa, nə də başqasına ümidbəsləmədiyini vurğulayıb: “Biz yalnız öz gücümüzə güvənirik”.
Qeyd edək ki, Tramp dəfələrlə Ukraynadakı münaqişəni mümkünqədər tez dayandırmaq niyyətində olduğunu bildirib.