AZ

Kanadada qızılcaya yoluxma faktları kəskin artıb

Kanadada 2015-ci ildən bəri ən böyük qızılca epidemiyası yayılıb.

APA xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, bu ilin əvvəlindən ölkədə 130 qızılcaya yoluxma halı qeydə alınıb və bir nəfər ölüb. Epidemiya ölkənin altı regionunda - Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Brunsvik, Ontario və Saskaçevanda qeydə alınıb. Son bir həftə ərzində daha 30 nəfər qızılcaya yoluxub.

2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə 12 yoluxma faktını qeydə alıb. Kanadada sonuncu dəfə 2015-ci ildə qızılca xəstəliyinə 113 nəfər yoluxmuşdu.

Seçilən
6
9
apa.az

6Mənbələr