Bakı. Trend:
Kanadada 2015-ci ildən bəri ən böyük qızılca epidemiyasıyayılıb.
Trend-inməlumatına görə, bu barədə Kanada Səhiyyə Nazirliyinin bəyanatındadeyilir.
Bildirilib ki, bu ilin əvvəlindən ölkədə 130 qızılcaya yoluxmahalı qeydə alınıb və bir nəfər ölüb. Epidemiya ölkənin altıregionunda - Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Brunsvik,Ontario və Saskaçevanda qeydə alınıb. Son bir həftə ərzində daha 30nəfər qızılcaya yoluxub.
2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə 12 yoluxma faktınıqeydə alıb. Kanadada sonuncu dəfə 2015-ci ildə qızılca xəstəliyinə113 nəfər yoluxmuşdu.