1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çin avtomobil istehsalçısı JAC və texnologiya nəhəngi "Huawei" "Maextro" markalı avtomobil istehsal edəcək. Qeyd olunur ki, fvtomobil "Maybach" və "Rolls-Royce"un məhsulları ilə rəqabət aparacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "CarNewsChina" məlumat verib.
Məlumata əsasən "S800" zavod indeksi verilən avtomobilin faktiki uzunluğu 5,5 metrədək olacaq. "Bu o deməkdir ki, avtomobil ölçülərinə görə D+ sinfinə aiddir və "Maybach" "S" sinifi və "Rolls-Royce Ghost" ilə müqayisə edilə bilər. Fərq ondadır ki, "S800" tam elektrikli olacaq", - nəşr qeyd edib.
"S800"ün 2025-ci ilin yazında satışa çıxarılacağı və yeni tikilmiş JAC zavodunda istehsal ediləcəyi gözlənilir. Şirkətin ildə bu sedanlardan 35 min ədəd istehsal edəcəyi nəzərdə tutulur.



