AZ

IRU Orta Dəhlizi dünya səviyyəli nümunəvi nəqliyyat marşrutuna çevirmək niyyətindədir – Baş katib (ÖZƏL)

Bakı. Trend:

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Orta Dəhlizidünya səviyyəli nümunəvi nəqliyyat marşrutuna çevirməkniyyətindədir.

Bu barədə Trend-ə IRU-nun Baş katibi Umberto de Pretto COP29çərçivəsində bildirib.

"IRU Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edir və Orta Dəhlizboyunca sərhəd keçidlərinin yaxşılaşdırılması imkanlarınıaraşdırır. Bizim məqsədimiz Orta Dəhlizi dünya səviyyəli nümunəvinəqliyyat marşrutuna çevirməkdir.

Bu, yüklərin Çindən Avropa İttifaqına Azərbaycan ərazisindəndaha sürətli daşınmasını təmin edəcək və sərhədlərdə gözləməmüddətini əhəmiyyətli dərəcədə azaldacaq. Gözləmə müddətininazaldılması, öz növbəsində, karbon qazı emissiyalarını 90 faizazaldacaq ki, bu da olduqca vacibdir. Biz Azərbaycan hökuməti,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Gömrük Xidməti ilə sıxəməkdaşlıq edirik ki, eyni zamanda, həm ekoloji təmizliyə, həm dəeffektivliyə töhfə verəcək həllər işləyib hazırlayaq", — deyə oqeyd edib.

Umberto de Pretto əlavə edib ki, Bakıda ictimai nəqliyyatprioritet sahələrdən birinə çevrilib. O, avtobusların arxahissəsində yerləşdirilən və bir avtobusun onlarca avtomobili əvəzetdiyini göstərən diaqram təşəbbüsündən çox təsirləndiyinivurğulayıb.

"Əslində, sərnişin-kilometr hesabı ilə avtobuslar CO2emissiyaları baxımından avtomobillərdən 82 faiz daha effektivdir",— deyə o bildirib.

Baş katib IRU-nun 2050-ci ilə qədər karbon neytrallığına nailolmaq üçün "Yaşıl yanaşma" adlı strategiya hazırladığını qeyd edib.Bu plan karbon qazı emissiyalarını azaltmaq üçün effektivliyinartırılmasına və ekoloji təmiz texnologiyaların tətbiqinəyönəlib.

Onun sözlərinə görə, strategiya çərçivəsində artıq bu günemissiyaları 50 faiz azaltmaq mümkündür. Əsas tədbirlər arasındasürücülərin təlimi, bu isə emissiyaların 15 faiz azalmasına səbəbolur və ekoloji yük maşınlarının istifadəsi 30 faizlik azalma təminedir. Bundan əlavə, aerodinamik xüsusiyyətlərin və logistikaproseslərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

"Yaxın gələcəkdə emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasıtamamilə mümkündür. Lakin qalan 50 faizə nail olmaq enerjisistemlərinin dəyişdirilməsini tələb edən ən çətin vəzifə olacaq.IRU dayanıqlı nəqliyyatın inkişafını təmin etmək və iqlimdəyişikliyi ilə qlobal mübarizəyə töhfə vermək üçün yeni həllərüzərində işləməyə davam edir", — o vurğulayıb.

Umberto de Pretto iqlim dəyişikliyi ilə mübarizədə təcilitədbirlərin görülməsinin vacibliyini qeyd edib.

"Bu gün həyata keçirilə biləcək tədbirlər var və onları təxirəsalmaq olmaz. Ambisiyalı hədəflərimizin olması yaxşıdır, lakin indisözləri əmələ çevirmək vacibdir. 2050-ci ilə qədər karbonneytrallığına nail olmaq sprint (yaxın məsafəyə qaçış) deyil,marafondur.

Məhz buna görə bu marafona elə indi başlamaq lazımdır. Bununüçün davamlı əmək, inadkarlıq və enerji tələb olunur. Hər mərhələdəkonkret nəticələrə nail olmalıyıq. Gəlin, bu gün edəbiləcəklərimizdən başlayaq və bu səyləri hökumətlər və digərtərəfdaşlarla birlikdə inkişaf etdirək", — deyə o bildirib.

Məqalədə:
Seçilən
34
2
az.trend.az

3Mənbələr