AZ

“Səbail”də daha bir vida

Şahin Diniyevin dönəmində “Səbail”də köməkçi-məşqçi kimi fəaliyyət göstərən Sebahattin Tekin Bakı klubu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis bununla bağlı paylaşım edib.

50 yaşlı məşqçi kluba və azarkeşlərə təşəkkürünü bildirib: “İki mövsümdür çalışdığım Premyer Liqa klubu “Səbail”dən İdarə Heyəti ilə görüşdə qarşılıqlı anlaşaraq ayrıldım. İşlədiyim müddətdə mənə dəstək olan məşqçi heyətinə, rəhbərliyə, klub işçilərinə, azarkeşlərimizə və media nümayəndələrinə təşəkkür edirəm. Bundan sonrakı dönəmdə “Səbail”ə və yeni məşqçi korpusuna uğurlar arzulayıram”.

Qeyd edək ki, Sebahattin Tekin ötən ilin yayında sabiq baş məşqçi Şahin Diniyevin dəvəti ilə “Səbail”ə gəlib. Klub bir müddət əvvəl Diniyevlə yollarını ayırıb.

Seçilən
36
futbolinfo.az

1Mənbələr