Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
Almaniyanın xarici işlər naziri Annalena Berbok 17 illik evliliyindən sonra həyat yoldaşı, PR-menecer Daniel Holeflyayşdan boşanır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri ailənin birgə bəyanatına istinadən məlumat yayıb.
"Bir müddət əvvəl birlikdə qərar verdik ki, biz artıq cütlük deyilik", - Berbok və Holeflyayş qeyd ediblər.
Onlar nikahın pozulmasının səbəblərini açıqlamayıblar.