“İnter Mayami” Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədri Xorxe Mas insayder Fabrizio Romanoya açıqlamasında deyib. O, 2026-cı ildə açılış olacaq stdionda Messini də görmək istədiyini söyləyib:
“Messinin komandada qalmasını istəyirik. 2026-cı ildə yeni stadionumuzun açılışı olacaq və Messinin həmin təqdimatda yer almasını istərdik”.
37 yaşlı hücumçunun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir. Messi son mövsümdə 22 oyunda 21 qol vurub, 11 məhsuldar ötürmə edib.