AZ

Daha bir ölkədə elektron siqaretlər QADAĞAN EDİLDİ

Qırğızıstanda elektron siqaretlərin idxalına, satışına və çəkilməsinə qadağa tətbiq ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti cümə günü bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarovun imzaladığı müvafiq qanuna əsasən sözügedən qadağalar 2025-ci il iyulun 1-dən etibarən qüvvəyə minəcək. 

Qanuna əsasən, elektron siqaretlərdən istifadəyə görə fiziki şəxslər 10 min som (115 dollar), hüquqi şəxslər isə 60 min som (690 dollar) cərimələnəcək. Elektron siqaretlərin satışına görə cərimə 20 min som (230 dollar), hüquqi şəxslər üçün 65 min som (750 dollar) olacaq.

Bundan əlavə, elektron siqaretlərin qanunsuz idxalına görə qanuni islah işləri və ya 100-120 min som (1380 dollara qədər) məbləğində cərimə nəzərdə tutulur. Elektron siqaretlərin külli miqdarda və ya xüsusilə külli miqdarda idxalına görə 200 min soma (2300 ABŞ dolları) qədər cərimə və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası qanunda öz əksini tapıb.

Bizim.Media 

Seçilən
0
5
bizim.media

10Mənbələr