AZ

Gürcüstan Prezidenti: "Kim parlamentə daxil olsa, Rusiyaya daxil olmuş olacaq"

Hurriyyet.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili "Mtavari arxi" teleşirkətinə müsahibəsində parlamentin yeni tərkibinin Rusiyanın ölkəyə təsirinə bələdçi ola biləcəyini bəyan edib. Prezident deyib: "Parlamentin yeni tərkibinə daxil olanlar Rusiyaya daxil olacaqlar".

Zurabişvili deputat mandatı qazanmış nüxalifət partiyalarının hələ heç birinin parlamentə daxil olmayacağını, hakim partiyanın tək qalacağını bildirib. O, müxalifətin boykot rejimində olduğunu qeyd edərək deyib: "Onlar təkdirlər. Parlamentdə də təkdirlər, hakimiyyətdə də. Birpartiyalı hökumət, parlament. Hər şey bir nəfərin ixtiyarındadır. Mövcud olan bütün institutlar tamamilə bu tək partiyadan asılıdırlar".

Xəbər verdiyimiz kimi, Gürcüstan parlamentinə seçilmiş 150 deputatdan 61 nəfəri 4 müxalifət partiyasından seçilib və onlar deputat mandatlarını götürməkdən imtina ediblər. Hakim partiya isə parlamentdə 89 nəfərlə təmsil olunur.

Müxalifət təmsilçiləri seçkilərin nəticələrinin saxtalaşdırdığını iddia edərək, yenidən seçkilərin keçirilməsini tələb edirlər.

Hürr Tərcüman

 

Seçilən
10
hurriyyet.az

1Mənbələr