AZ

Blatter: “Futbol doğru istiqamətə getmir”

style='margin-bottom:10px;'>

FİFA-nın keçmiş prezidenti Yozef Blatter futbolda yeni tendensiyaları və yeni texnologiyalardan istifadəni tənqid edib.

QOL.az xəbər verir ki, o, futbolun doğru istiqamətdə getmədiyini deyib:

“İndi futbol yanlış istiqamətdə gedir. Demək olar ki, hər şəkildə. Biletlər bahalaşır. Futbolçulara daha çox təzyiq göstərirlər. Mədəni birlik əvəzinə meydanda daha çox düşmənçilik aparırlar. Mən həm də ofsaydların, qolların və faulların müəyyən edilməsində yeni texnologiyaların əleyhinəyəm. İndi qərar verən hakim deyil, televiziyadır. Hakimlərə hörmət bütün dövrlərdə futbolun əsas xarakterik xüsusiyyətlərindən biri olub”.

Qeyd edək ki, isveçrəli Yozef Blatter 1998-ci ilin iyunundan 2015-ci ilin oktyabrınadək FİFA-ya rəhbərlik edib. O, 2015-ci ilin dekabrında rəsmi korrupsiya qalmaqallarına görə FİFA Etika Komitəsi tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr