AZ

"Bakı Fond Birjası" və "J.P.Morgan" əməkdaşlıq təşəbbüslərini müzakirə edib

"Bakı Fond Birjası" QSC-nin (BFB) nümayəndə heyəti ABŞ-ın "J.P.Morgan" şirkətinin İnkişafın Maliyyələşdirilməsi İnstitutunun rəhbəri Arsalan Mahtafarla görüşüb.

"EDnews" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycanın iqtisadi göstəricilərini, Birjanın inkişaf yolunu, strateji hədəflərini və cari vəziyyətini əks etdirən təqdimat nümayiş etdirilib.

Tərəflər hər iki qurum arasında əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər. Davamlı inkişafa yönəldilmiş layihələrin maliyyələşdirilməsi üçün investorların cəlb olunması, müasir texnologiyalar və həllərin təqdim edilməsi, risklərin diversifikasiyası üçün maliyyə alətlərinin tətbiqi müzakirənin əsas mövzuları olub.

Azərbaycanın kapital bazarında beynəlxalq təcrübənin tətbiqi, ekosistemin, şəffaflıq və bazar etibarının gücləndirilməsi BFB-nin önəm verdiyi əsas məsələlərdəndir.

Seçilən
7
ednews.net

1Mənbələr