AZ

ATACMS raketləri və Ukrayna: Donald Tramp nə edəcək?

Tramp ABŞ-nin Rusiya ərazilərini ATACMS raketləri ilə vurmaq icazəsini davam etdirəcək və ya ləğv edəcək?..

Ukrayna lideri Vladimir Zelenskinin aylarla tələbindən sonra ABŞ prezidenti Co Bayden nəhayət Kiyevə ABŞ Ordusunun Taktik Raket Sistemindən (ATACMS) Rusiya ərazisinə raket atmağa icazə verib

Poliqon xəbər verir ki, bu barədə Corc Meyson Universitetinin Siyasət və İdarəetmə Məktəbinin Hökumət və Siyasət üzrə fəxri professoru, “Atlantik Şura”nın qeyri-rezident üzvü Mark Kats The National Interest nəşri üçün yazdığı məqaləsində bəhs edib.

Məqalə müəllifi vurğulayır ki, Ukrayna cəmi 190 mil məsafə radiusunda bu raketlərdən Rusiyanın dərinliklərinə hücum etmək üçün effektli şəkildə istifadə edə bilməz. Kats qeyd edir ki, Ukrayna Rusiya dərinliklərinə zərbələr endirmək üçün dronlardan daha səmərəli istifadə edə bilər.

Analitik The Economist nəşrinin məlumatlarına istinad edir və bildirir ki, Bayden administrasiyası minlərlə Şimali Koreya hərbçisinin orada yerləşdirilməsinə cavab olaraq Ukraynaya yalnız Kurskda ATACMS raketləri atmağa icazə verib.

“Başqa sözlə, Ukrayna onlardan Rusiya qoşunları tərəfindən işğal edilmiş Ukrayna ərazisinə bitişik Rusiya ərazisindəki hərbi hədəflərə hücum etmək üçün istifadə edə bilməz. Bu, təbii ki, dəyişə bilər. Ancaq hələlik, bəzi şərhçilərin qeyd etdiyi kimi, Bayden administrasiyasının Ukraynaya ABŞ-nin təchiz etdiyi ATACMS taktiki raket sistemləri ilə Rusiya ərazisini vurmasına icazə verməsi, Rusiyanın irəliləyişlərini yavaşlatmağa kömək edə biləcək amil deyil.

“Bəs iki ay sonra Tramp administrasiyası Ukraynaya bu silahların köməyi ilə Rusiya ərazisinə hücum etmək üçün istifadəyə olan icazəni davam edəcək, yoxsa bu qərardan dönəcək?”, deyə analitik sual edir

Katsın sözlərinə görə, rusiyalı şərhçilər Trampın vəzifəyə gəldikdən sonra bu siyasəti dəyişdirəcəyinə ümid və hətta gözləntilərini ifadə ediblər. Jurnalist Marjori Teylor-Qrin və Trampın oğlu kiçik Donald da daxil olmaqla, Trampın ən yaxın tərəfdarlarından bəziləri Baydenin bu addımını pisləyib və hazırkı adminstrasoyanı Trampın andiçmə mərasimindən əvvəl “Üçüncü Dünya Müharibəsinə başlamaq” cəhdində ittiham ediblər.

Bununla belə, bu nöqtədə nə Trampın özü, nə də xarici və müdafiə siyasəti üzrə yüksək vəzifələr üçün seçdiyi şəxslər Baydenin bu addımını pisləməyiblər. Trampın kommunikasiya direktoru Stiven Çunqun “Newsweek” portalına verdiyi məlumata görə, bu məsələ ilə bağlı rəsmi açıqlamalar birbaşa prezident Tramp və ya onun təyin etdiyi mətbuat katiblərindən gələcək.

“Ola bilsin ki, Bayden seçkidən sonra Ağ Evdə iki saatlıq görüş zamanı Trampla bu addımı müzakirə edib. Lakin Bayden və Trampın dəqiq nəyi müzakirə etdiyi bəlli olmasa da, sonuncunun seçilməsindən sonra Putin və Tramp arasında telefon danışığı barədə məlumatlar ortaya çıxıb. The Washington Post qəzeti yazıb ki, Tramp telefon danışığı zamanı Rusiya prezidentinə Ukraynada müharibəni qızışdırmamağı tövsiyə edib və ona Vaşinqtonun Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb. Kreml söhbətin baş verdiyini inkar edir, lakin baş verib-verməməsindən asılı olmayaraq, Baydenin Ukraynaya Rusiya ərazisini atəşə tutmasına icazə verməsi Rusiya-Ukrayna müharibəsinin dayandırılması şərtləri məsələsində Trampın Putinə təsirini gücləndirə bilər”, Kats qeyd edir.

Analitik yazır ki, Tramp qeyri-rəsmi də olsa, Rusiyanın Ukraynanın şərqində və rus qoşunları tərəfindən işğal olunmuş Krımdakı ərazilərə nəzarətini davam etdirməsinə hazır görünsə də, o, Putinin Ukraynanın heç vaxt NATO-ya qoşulmaması və ya NATO-ya üzv olması və KiyevRusiyaya bağlı hökümətin olması ilə bağlı çoxdankı çağırışlarını qəbul etməyə hazır olub-olmadığı da bəlli deyil.

Poliqon.info

Seçilən
12
50
poliqon.info

10Mənbələr