Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətdən narazılığını bildirib.
Bakupost.az məlumatına görə, bunu Zurabişvili yerli kanallara müsahibəsində bildirib
Onun sözlərinə görə, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşıblar.
“Heç kim müxalifətdən razı deyil - nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazır idi. Biz nizamnaməyə uyğun fəaliyyət planını, hansı qanunların qəbul edilməli olduğunu, növbəti seçkilərə necə getməli olduğumuzu bilirdik”, - deyə Prezidenti qeyd edib.
Gürcüstanda seçkilər oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 89 mandat (53,93%) əldə edib. Səsvermənin ertəsi günü müxalifət seçkilərdə saxtakarlıq olduğunu elan edib və prezidentin də iştirak etdiyi etiraz aksiyaları keçirilib. Müxalifət koalisiyaları alternativ parlament yaratmaq niyyətindədir.