Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 9 milyard 571 milyon 745 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 milyard dollar və ya 29,1% azdır.
Hesabat dövründə Azərbaycan İtaliyaya 9,1 milyard dollarlıq məhsul ixrac edib. Azərbaycanın bu ölkədən idxalı isə 442,9 milyon dollara bərabər olub.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 13,5 milyard dollar dəyərində olub.