AZ

Xəzər üçün TƏHLÜKƏ: Balıqların sayı buna görə azalır

Xəzər dənizində su səviyyəsinin azalması balıq ehtiyatlarına ciddi təsir göstərir.

Olaylar xəbər verir ki, əvvəlki illərdə Xəzər dənizi dünya üzrə yığılan qara kürünün 90%-ni təmin edirdi, lakin bu gün balıq növləri böyük təhlükə ilə  üz-üzədir.

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov bildirib ki, Xəzər dənizində suyun azalması ciddi ekoloji, iqtisadi və sosial problemlər yarada bilər. Bu, Xəzər dənizinin unikal flora və faunasının yaşayış sahəsini daraldaraq bəzi növlərin yox olmasına səbəb ola bilər. Məsələn, nərə balıqları və onların istehsal etdiyi qara kürünün azalması riski yüksəkdir.

Ekoloqun fikrincə, balıq ehtiyatlarının azalması balıqçılıq sənayesinə mənfi təsir edəcək, həmçinin sahilboyu turizm və digər xidmət sahələrinə olan tələbatın düşməsi iqtisadiyyatda zəifliyə səbəb ola bilər. Nəticədə, yerli bazar daha çox xarici idxaldan asılı olacaq.

Qeyd edək ki, son 30 ildə Xəzər dənizində su səviyyəsi təxminən 2,5 metr azalıb. Son dövrlərdə isə illik azalma 20-30 santimetr arasında dəyişir. Bu sürətli dayazlaşma, ciddi ekoloji və iqtisadi risklərə yol açaraq təcili tədbirlərin görülməsini vacib edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
3
olaylar.az

4Mənbələr