AZ

Tramp Riçard Qreneli Rusiya-Ukrayna müharibəsi üzrə xüsusi elçi təyin etməyə hazırlaşır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Riçard Qreneli Rusiya-Ukrayna müharibəsi üzrə xüsusi elçi təyin etməyi düşünür. O, Respublikaçıların keçmiş kəşfiyyat şefidir.

Bu barədə “Reuters”məlumat yayıb. Qrenell Trampın ilk prezidentlik dövründə (2017-2021) ABŞ-ın Almaniyadakı səfiri olub və Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edib.

O, yeni seçilmiş ABŞ prezidentinin xüsusi elçisi seçiləcəyi təqdirdə müharibəni bitirmək səylərində əsas rol oynayacaq. Qrenell bir müddət öncə Bloomberg-in keçirdiyi dəyirmi masa zamanı Ukraynanın yaxın gələcəkdə NATO-ya qoşulmasını dəstəkləməyəcəyini deyib.

Oxuməni.az

Seçilən
9
oxumeni.az

1Mənbələr