KXDR hərbçiləri artıq işğal olunmuş Mariupolda və rusların ələ keçirdiyi Xarkov vilayətinin ərazisindədir.
Hurriyyet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, “texniki məsləhətçilər” Mariupola gəliblər, lakin onların səfərinin məqsədi bəlli deyil. Koreyalılar rus hərbi forması geyinsələr də, rus bölmələrindən ayrı qalırlar.
“Rusiya sıralarında olan digər əcnəbi döyüşçülər bölmələrlə qarışsa da, şimali koreyalılar ayrı saxlanılır – onların öz mənzilləri, yeməkləri, musiqiləri və filmləri var”, - deyə bildirilib./axar.az/