İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”nı təsdiq edib.
Mia.az xəbər verir ki, yeni sənəddə əsas məqsəd uçot məlumatlarının dürüstləşdirilməsi və avtomatlaşdırma səviyyəsinin artırılması, vergi münasibətlərində vahid yanaşmanın tətbiqi, vergi ödəyicilərinin öhdəlikləri və digər tələblər barədə əvvəlcədən məlumatlandırılmasıdır.
7 rəqəmli fəaliyyət kodlarına və Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırılması zərurətindən irəli gələrək həmin standartlar yeni redaksiyada təsdiqlənib, istifadənin əlçatanlığının artırılması üçün Dövlət Vergi Xidmətinin internet saytında yerləşdirilib (https://www.taxes.gov.az/az/page/vahid-standartlar).