“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
İnnovasiya və
sürət lideri "Bakcell”in təşkilatçılığı ilə "Süni İntellektlə Dayanıqlılıq”
mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirə spiker
qismində "Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, "PwC Azərbaycan”ın Məsləhət
xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar.
Müzakirələr "Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr
üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
Tədbirin
keçirilməsində məqsəd süni intellekt və innovativ texnologiyaların dayanıqlı
inkişaf hədəflərinə çatmaqda oynadığı mühüm rolu, eləcə də yaşıl
texnologiyalara keçidin ətraf mühit və iqtisadiyyat üçün yaratdığı perspektivləri
müzakirə etmək olub. İştirakçılar qeyd ediblər ki, süni intellekt əsaslı yeni
texnologiyalar resurslardan daha səmərəli istifadəyə, həmçinin iqlim dəyişikliyi
ilə mübarizədə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Vurğulanıb ki, süni
intellektin tətbiqinin genişlənməsi ekoloji və iqtisadi dayanıqlığı gücləndirərək
daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına önəmli töhfə verəcək.
İnteraktiv
formada təşkil olunan panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib.
Tədbir "Bakcell”in dayanıqlı inkişaf hədəflərinə
çatmaq və yaşıl texnologiyalar vasitəsilə iqtisadi inkişafa töhfə vermək
istiqamətində öhdəliyinə sadiqliyini göstərir.
"Bakcell” haqqında
"Bakcell”
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan
innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir
və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biridir.
"Bakcell”
müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.
www.anews.az