AZ

Kiyev danışıqlara təkbaşına qərar verməməlidir - Merkel

Ukrayna böhranına diplomatik son qoymaq üçün Rusiya Federasiyası ilə danışıqlara başlamaq qərarını tək Kiyev verə bilməz.

Redaktor.az xəbər verir ki, bu sözləri Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

“Danışıqlar Ukraynanın başı üzərində aparıla bilməz. Amma danışıqlara başlamaq qərarını Ukrayna tək verə bilməz. Onu dəstəkləyən ölkələr böhranın diplomatik yolla həllini müzakirə etmək üçün Kiyevlə birlikdə qərar verməlidir”, - deyə siyasətçi bildirib.

Merkel Almaniyanın iqtisadi maraqlarını rəhbər tutaraq “Şimal axını 2”dən imtina etmədiyini də qeyd edib.

“Mən Almaniya iqtisadiyyatını yaxşı qiymətə qazla təmin etməyi öz vəzifəm hesab edirdim və indi biz enerji resurslarının yüksək qiymətinin Almaniya üçün hansı nəticələrə səbəb olduğunu görürük”.

Türkan İSGƏNDƏRLİ

 

Seçilən
9
1
redaktor.az

2Mənbələr