AZ

Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb

İsrail və "Hizbullah" arasında hərbi əməliyyatlar səbəbindən Livandakı bəzi xəstəxanalar tam və ya qismən fəaliyyətini dayandırmağa məcbur olub.

“EDnews” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəliyi məlumat verib.

"Bu gün ölkənin səhiyyə sistemi çox güclü təzyiq altındadır, 153 xəstəxanadan 15-i fəaliyyətini dayandırıb və ya qismən fəaliyyət göstərir", - hesabatda qeyd olunub.

Bildirilib ki, bəzi bölgələrdə vəziyyət daha ağırdır.

"Livanın səkkiz əyalətindən biri olan Nabatiyə xəstəxana çarpayılarının təxminən 40 %-ni itirib", - ÜST-ün hesabatında vurğulanıb.

Seçilən
11
10
ednews.net

10Mənbələr