AZ

Tramp ABŞ-ın maliyyə naziri vəzifəsinə namizədini açıqlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp maliyyə naziri vəzifəsinə investor Skott Bessenti təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində bildirib.

Siyasətçinin sözlərinə görə, bu iş adamı geosiyasət və iqtisadiyyat üzrə aparıcı beynəlxalq investor və strateqlərdən biri kimi reputasiyaya malikdir.

Qeyd edək ki, Bessent və Tramp uzun illərdir bir-birlərini tanıyırlar. 2016-cı ildə investor siyasətçinin andiçmə komitəsinə bir milyon dollar ianə edib və sonuncu təkrar seçki kampaniyası zamanı ona iqtisadi məsələlərdə məsləhətlər verib.

Seçilən
0
3
ikisahil.az

6Mənbələr