İsrail və "Hizbullah" arasında hərbi əməliyyatlar səbəbindən Livandakı bəzi xəstəxanalar tam və ya qismən fəaliyyətini dayandırmağa məcbur olub.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəliyi məlumat verib.
"Bu gün ölkənin səhiyyə sistemi çox güclü təzyiq altındadır, 153 xəstəxanadan 15-i fəaliyyətini dayandırıb və ya qismən fəaliyyət göstərir", - hesabatda qeyd olunub.
Bildirilib ki, bəzi bölgələrdə vəziyyət daha ağırdır.
"Livanın səkkiz əyalətindən biri olan Nabatiyə xəstəxana çarpayılarının təxminən 40 %-ni itirib", - ÜST-ün hesabatında vurğulanıb.