Donald Tramp ABŞ Maliyyə Naziri vəzifəsinə tanınmış milyarder Skott Bessentin namizədliyini irəli sürüb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Bessent Trampın bir çox iqtisadi təşəbbüslərini, o cümlədən vergilərin azaldılması və xarici məhsullara gömrük rüsumlarının artırılmasını dəstəkləyir. Bundan əlavə, o, kriptovalyutaların fəal tərəfdarı kimi tanınır.
Trampın bu təklifi iqtisadi siyasətində yeni istiqamətlərin işarəsi kimi qiymətləndirilir. Bessentin kriptovalyutalarla bağlı mövqeyi maliyyə dünyasında geniş müzakirələrə səbəb ola bilər.