Daha əvvəl AFFA İntizam Komitəsinin gözdən qaçırdığı qayda pozuntuları ilə bağlı xəbərlər təqdim etmişik.
Misli premyer-liqasının 6-cı turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Kimyaçılar” azarkeş qrupu ilə klub rəsmisi arasında mübahisə yaşanıb, klub rəsmisi azarkeş qrupundan bir nəfəri təhqir etsə də, bu məqam AFFA nümayəndəsi Azər Əsgərovun diqqətindən yayınmışdı. Ardından Misli premyer-liqasının 12-ci turunun “Turan Tovuz” – “Qarabağ” oyununda “Ultras Turan” azarkeş qrupu pirotexniki vasitədən istifadə etdiyinə görə cərimələnmiş, amma eyni cür davranan “İmarət Tayfa” cəzasız qalmışdı. Və həmin oyunda da AFFA nümayəndəsi Azər Əsgərov idi.
Nəhayət, 13-cü turda da oxşar hadisə baş verib. “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda qonaqların “UltraSumqayıt” fanklubu referi Kamal Umudlunu təhqir edib. AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasındakı qərarlara göz gəzdirdikdə şahidi olduq ki, bu qayda pozuntusu da AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmovun diqqətindən yayınıb. Göründüyü kimi, ya AFFA nümayəndələri diqqətsizlik edir, ya da ikili standartlara söykənirlər. Nəticədə belə əcaib mənzərə yaranır.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta