Misli Premyer Liqasının XIV turunun ikinci günü “ASCO Arena”da başlayacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” “Səbail”in qonağı olacaq.
Bu, komandaların Premyer Liqada 29-cu dueli olacaq. Əvvəlki görüşlərdə Ağdam klubu böyük üstünlüyə malikdir.
23 qələbəsi olan Qurban Qurbanovun komandası 2 heç-heçə edib və yalnız 3 dəfə uduzub.
“Səbail”in qələbələrindən biri texniki nəticə ilə rəsmiləşib. Həmin qarşılaşmanı nəzərə almasaq, “Qarabağ” bütün görüşlərdə qol vurub. Ümumilikdə isə Ağdam klubu 62, paytaxt təmsilçisi 15 qola sevinib.
Son 4 oyunda “Qarabağ” qələbə qazanıb. Ardıcıl 5 matçda hər iki komanda qol sevinci yaşayıb. Son 13 dueldə isə ən azı 3 top vurulub.
Qeyd edək ki, bugünkü qarşılaşma saat 17:00-da başlayacaq.
27.10.2017 | Qarabağ - Səbail | 1:0 |
08.12.2017 | Səbail - Qarabağ | 0:2 |
18.02.2018 | Səbail - Qarabağ | 0:1 |
07.04.2018 | Qarabağ - Səbail | 1:0 |
18.08.2018 | Səbail - Qarabağ | 0:2 |
20.10.2018 | Qarabağ - Səbail* | -:+ |
15.03.2019 | Səbail - Qarabağ | 1:2 |
05.05.2019 | Qarabağ - Səbail | 4:0 |
01.09.2019 | Səbail - Qarabağ | 0:4 |
28.10.2019 | Qarabağ - Səbail | 1:0 |
02.02.2020 | Səbail - Qarabağ | 0:1 |
29.11.2020 | Səbail - Qarabağ | 1:1 |
28.01.2021 | Qarabağ - Səbail | 4:0 |
25.02.2021 | Qarabağ - Səbail | 1:0 |
16.04.2021 | Səbail - Qarabağ | 1:1 |
22.08.2021 | Qarabağ - Səbail | 3:0 |
25.10.2021 | Səbail - Qarabağ | 3:1 |
02.04.2022 | Qarabağ - Səbail | 5:1 |
15.05.2022 | Səbail - Qarabağ | 0:3 |
06.08.2022 | Qarabağ - Səbail | 3:1 |
24.12.2022 | Səbail - Qarabağ | 0:3 |
11.03.2023 | Qarabağ - Səbail | 3:0 |
13.05.2023 | Səbail - Qarabağ | 0:3 |
03.09.2023 | Səbail - Qarabağ | 2:1 |
12.11.2023 | Qarabağ - Səbail | 3:1 |
03.02.2024 | Səbail - Qarabağ | 1:2 |
06.04.2024 | Qarabağ - Səbail | 4:2 |
14.09.2024 | Qarabağ - Səbail | 2:1 |
İdman.biz