Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə Beynəlxalq Hava Limanı istiqamətinə gedən yolda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü E.Paşayev idarə etdiyi “Changan” markalı avtomobillə hərəkət edərkən idarəetməni itirərək beton hasara çırpılıb. Nəticədə yol kənarındakı bir neçə ağac qırılıb, avtomobilin ehtiyat hissələri yolun kənarına dağılıb.
Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
10Mənbələr
-
ucnoqta.azGəncədə hasara çırpılan avtomobil yanıb, xəsarət alan var - FOTO ( 13302157)
-
demokrat.azMaşın beton hasara çırpıldı, yanıb kül oldu — FOTOLAR ( 13300699)
-
ucnoqta.azGəncədə beton hasara çırpılan avtomobil yanıb, xəsarət alan var - FOTO ( 13300564)
-
baki-xeber.comGəncədə yük maşını beton hasara çırpılaraq yanıb ( 13300288)
-
manset.azMaşın betona çırpıldı: Yanıb kül oldu - FOTO ( 13299895)
-
qafqazinfo.azMaşın beton hasara çırpıldı, yanıb kül oldu - Fotolar ( 13299790)
-
ikisahil.azGəncədə beton hasara çırpılan avtomobil yanıb ( 13299493)
-
hafta.azGəncədə beton hasara çırpılan avtomobil yanıb ( 13298806)
-
yeniazerbaycan.comGəncədə beton hasara çırpılan avtomobil yanıb ( 13298311)
-
busaat.azBeton hasara çırpılan avtomobil yandı – xəsarət alan var ( 13298287)