ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın artıq Vladimir Putinlə şəxsi görüşü baş tutub.
Publika.az xəbər verir ki, bu iddianı Respublikaçı konqresmen Maykl Makkol səsləndirib. Qanunverici bu barədə Atlantik Şuraya müsahibəsində bildirib.
Onun sözlərinə görə, onlar Ukrayna münaqişəsini müzakirə ediblər.
“Mən bilirəm ki, seçilmiş prezident (Tramp - red.) Putinlə görüşüb: “Lütfən, vəziyyəti gərginləşdirməyin” deyib", - M. Makkol qeyd edib.
Amerika mediası daha əvvəl yazmışdı ki, Donald Trampın Vladimir Putinlə telefon danışığı olduğu iddia edilir, bu zaman respublikaçı Rusiya prezidentini Ukraynadakı münaqişəni qızışdırmamağa çağırıb və “ABŞ-ın Avropada əhəmiyyətli hərbi mövcudluğunu” xatırladıb.