AZ

Konqres Trampı Ukraynaya yardım göstərməyə məcbur etmək istəyir- “The Hill”

ABŞ Konqresi Donald Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynaya yardım haqqında qanuna dəyişiklik etmək istəyir.

Azpost.info xəbər verir ki, bu barədə “The Hill” yazır.

Qanunvericilər yeni dövlət başçısının Kiyevə yardım göstərməkdən imtina etmək imkanına malik olmamasını istəyirlər.

Məqalə müəllifləri yazır ki, hər iki partiyanın ukraynayönümlü deputatları ABŞ-ın Kiyevə dəstəyi ilə bağlı əsas müddəaların yanvar ayına qədər qanuna çevrilməsini təmin etməyə çalışırlar.

Eyni zamanda, hazırda ABŞ qanunvericiləri arasında düzəlişlərin hansı formada təqdim ediləcəyi ilə bağlı konsensus yoxdur.

Daha əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Vaşinqtonun Ukraynaya hərbi yardımı davam etdirmək niyyətində olduğunu bildirib. O, Rusiyanın hərəkətlərinin ABŞ-ın qərarına təsir etməyəcəyini deyib.

Azpost.info

Seçilən
14
azpost.info

1Mənbələr