AZ

Böyük endirimlər zamanı səmərəli alış-veriş üçün 12 ipucu

Müəllif: Gülnar Əhmədli, Banco.az

Böyük endirimlər zamanı bəzən ehtiyacımız olmayan bir şeyi almırıq, bəzən isə həddindən artıq məhsul alırıq. Bu, insandan insana dəyişən bir vəziyyətdir. Böyük endirimlər zamanı mütləq bəzi məqamlara diqqət yetirmək lazımdır. Onlar hansılardır? Birlikdə nəzər salaq.

1. Əsas ehtiyacların siyahısını hazırlayın

Böyük endirimlər çox vaxt həftələr əvvəl elan edilir. Buna görə də alış-veriş siyahınızı son ana saxlamaq əvəzinə həftələr əvvəldən siyahıya başlayın və çatışmazlıqları yazın.

2. Ən azı 1 həftə öncədən almaq istədiyiniz məhsullara mütləq gedib baxın/sınayın

Uzun alış-veriş siyahınız varsa, 1 həftə əvvəl mağazalara baş çəkin və sizə ən uyğun olan məhsulları qiymətləri ilə birlikdə qeyd edin. Bu yolla siz satış zamanı qiymətlərin şişirdildiyini, yaxud azaldığını görə bilərsiniz və mağazaya getmədən rahatlıqla onlayn alış-veriş edə bilərsiniz.

3. Satışda olan bütün markalara baxın

Brendlər endirimlərin başlamasına bir neçə gün qalmış endirim elanları etməyə başlayır. Xüsusilə alacağınız məhsul bir çox fərqli mağazada satılırsa, hansını daha ucuz qiymətə ala biləcəyinizi və ya endirim zamanı hansına baxmalı olduğunuzu müəyyənləşdirin.

4. Məhsulları müqayisə edin

Məsələn, əgər siz elektronik əşya alacaqsınızsa, onlayn olaraq müxtəlif kateqoriyalarda satılan bütün mağazaların endirim faizlərini, məhsulların eyni müasir xüsusiyyətlərə malik olub-olmadığını, çatdırılma xərclərini və zəmanət şərtlərini yoxlayın. Fiziki mağazalardan alış-veriş edəcəksinizsə, mütləq eyni şeylərə diqqət yetirin. Məsələn, mağazadan aldığınız məhsul çox ucuzdursa, məhsulun detallarını mütləq araşdırın.

5. Onlayn alış-verişə önəm verin 

İnsanların sıx olduğu mağazalara gedərək yorğunluğa məruz qalmaqdansa, bir çox brendlərin təklif etdiyi onlayn endirimlərdən yararlanın. Demək olar ki, artıq onlayn satışı olmayan brend yoxdur. 

6. Onlayn alış-veriş üçün səbətinizi əvvəlcədən hazırlayın

Onlayn alış-verişin başqa bir gözəlliyi isə endirim başlayanda narahat olmamağınızdır. Siz səbətinizi endirim vaxtından əvvəl və ya hətta bir neçə gün əvvəl asanlıqla hazırlayıb endirim başlayanda tez ala bilərsiniz. Beləliklə, heç bir stress keçirmədən alış-verişinizi rahatlıqla tamamlaya bilərsiniz.

7. Ehtiyacınız olmayan şeylər üçün alış-verişə vaxt itirməyin

Əgər onlayn mağazalardan alış-veriş siyahınızı tamamlaya bilmədinizsə və fiziki mağazalara getməyə qərar verdinizsə, sizi böyük bir xaos gözləyir. Bu səbəbdən mağazaya girən kimi diqqətinizi alış-veriş siyahınızdakı hədəfə yönəltməli və sınamanız lazım olan şeylər varsa, onları sınamalı, ehtiyacınız olmayan və ya uyğun gəlməyəcəyini bildiyiniz şeylərə vaxt itirməməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
15
banco.az

1Mənbələr