AZ

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 faizdən çox artıb

2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 milyard 192,4 milyon manat olub. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3 faiz çoxdur. 

Bu dövrdə hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 687 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 999,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 104 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Əvəz Həsənov

Seçilən
1
9
valyuta.az

10Mənbələr